29 Aprel 2024
Kişi xəstə bacısının öldüyünü görüb canına qıydı - Bakıda DƏHŞƏT

Kişi xəstə bacısının öldüyünü görüb canına qıydı - Bakıda DƏHŞƏT

27 Mart 2023
Baxış: 371

Bakıda evdən iki meyit tapılıb.

AJMEDİA.İNFO apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Aydın Şəmsəddinov evdə özünü asaraq intihar edib.

Evə baxış zamanı 1961-ci il təvəllüdlü yataq xəstəsi olan Səidə Şəmsəddinovanın meyiti aşkar edilib.


Ailənin yaxınlarının verdiyi məlumata görə, Aydın Şəmsəddinov bacısının ölməsinə dözməyərək intihar edib.

Faktla bağlı araşdırma aparılır.