29 Aprel 2024
"Kinder suprise"da təhlükəli virus aşkarlanıb

"Kinder suprise"da təhlükəli virus aşkarlanıb

06 Aprel 2022
Baxış: 570

Böyük Britaniyada 60-dan çox uşaq "Kinder Surprise" adlı yumurta formalı şokoladlardan salmonellaya (təhlükəli qida infeksiyası) yoluxub.

AJMEDİA.İNFO Axşam.az-a istinadən xəbər verir ki, bu haqda İngiltərə Qida Standartları Agentliyi (FSA) məlumat yayıb. Açıqlamada qeyd edilib ki, müəyyən ölçülərdə və qablaşdırmada olan "Kinder Surprise" məhsulları geri yığılacaq.

"Kinder Surprise" istehsal edən "Ferrero" şirkəti də açıqlamasında son istifadə tarixləri olan məhsulların yeyilməməsi və geri qaytarılmasını istəyib.

Qeyd edilib ki, bu infeksiya, əsasən, 5-6 yaş arası uşaqlarda aşkarlanıb.

İngiltərədən başqa, İrlandiya, Fransa, Almaniya, İsveç və Niderlandda da salmonellaya yoluxma müşahidə olunub.

Qeyd edək ki, salmonellanın simptomlarına ishal, ürəkbulanma, qusma və qızdırma daxildir.