27 Aprel 2024
Kəmaləddin Heydərov İcra başçısının oğlunu VƏZİFƏDƏN AZAD ETDİ

Kəmaləddin Heydərov İcra başçısının oğlunu VƏZİFƏDƏN AZAD ETDİ

18 Noyabr 2021
Baxış: 531

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi rəis müavinini vəzifəsindən azad edib.

AJMEDİA.İNFO xəbər verir ki, nazirin müavafiq əmri ilə Cənub Regional Mərkəzinin rəis müavini, polkovnik Seymur Qaraşov işdən azad olunub.

Onun hələlik hansı quruma təyinat alması barədə məlumat yoxdur.

Qeyd edək ki, Seymur Qaraşov Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.(qaynarinfo.az)