28 Aprel 2024
Kəmaləddin Heydərov İcra başçısının oğluna YÜKSƏK VƏZİFƏ VERDİ - FOTO

Kəmaləddin Heydərov İcra başçısının oğluna YÜKSƏK VƏZİFƏ VERDİ - FOTO

30 Noyabr 2021
Baxış: 851

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu yüksək vəzifəyə təyin edib.

AJMEDİA.İNFO xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirin müavafiq əmri ilə Qaraşov Seymur Taleh oğlu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini təyin olunub.

Qeyd edək ki, polkovnik S.Qaraşov bundan əvvəl Cənub Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışırdı.