08 May 2024
Kəlbəcərdən qaçmış erməni Şuşa yolunda Rusiya "BTR"-nin altında qaldı - FOTOLAR + ƏTRAFLI

Kəlbəcərdən qaçmış erməni Şuşa yolunda Rusiya "BTR"-nin altında qaldı - FOTOLAR + ƏTRAFLI

10 Fevral 2022
Baxış: 601

Xankəndidən Şuşaya qalxan yolda Rusiyanın zirehli transportyoru ermənilərin idarə etdiyi "Mercedes"ə çırpılıb. İlkin məlumata görə, bir nəfər ölüb, bir nəfər yaralanıb. Həmçinin, sülhməramlıların həmin ərazidə yolu bağladığı bildirilib.

AJMEDİA.İNFO "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Xankəndi-Şuşa yolunun 10-cu kilometrliyində qəza baş verib, bir nəfər xəsarət alıb. Bu barədə Dağlıq Qarabağdakı separatçı-terrorçu rejimin qanunsuz i "fövqəladə hallar xidməti" xəbər verib. Hadisə fevralın 9-da saat 17:35 radələrində baş verib. İlkin məlumatlara görə, avtomobil Rusiya sülhməramlı qüvvələrinin zirehli texnikasına çırpılıb, ölən var.

Xəbərdə o da bildirilir ki, zərər çəkən erməni Kəlbəcər şəhərində qeydiyyatda olan 35 yaşlı N.X.-dır. Bədən xəsarətləri alan şəxs Xankəndindəki xəstəxanaya yerləşdirilib.

Bu dəqiqələrədək Rusiya MN Xankəndi-Şuşa yolunda "sülhməramlı"ların iştirakıyla baş vermiş hadisə haqda heç bir məlumat yaymayıb.

Kəlbəcərdən qaçmış erməni Şuşa yolunda Rusiya

(moderator.az)