28 Aprel 2024
Kəlbəcərdə BƏDBƏXT HADİSƏ: Ölən var

Kəlbəcərdə BƏDBƏXT HADİSƏ: Ölən var

14 Noyabr 2022
Baxış: 499

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.

Bu barədə AJMEDİA.İNFO-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə noyabrın 14-ü saat 2 radələrində rayonun Yanşaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.

Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.