28 Aprel 2024
Kamil Zeynallı Rusiyada başına gələnlərlə bağlı ONU GÜNAHLANDIRDI - FOTO

Kamil Zeynallı Rusiyada başına gələnlərlə bağlı ONU GÜNAHLANDIRDI - FOTO

27 Fevral 2024
Baxış: 265

Ötən həftə Rusiyada Ermənistanın tələbi ilə saxlanılan tanınmış fitnes məşqçisi Kamil Zeynallı maraqlı paylaşım edib.

AJMEDİA.İNFO xəbər verir ki, o, tanınmış aparıcı hacı Nuran Hüseynovla çəkdirdiyi şəklini paylaşıb.

Şəklə "Ay tova (tövbə-red.) bir də səninlə şəkil çəkdirməyəcəyəm" şərhini yazıb. Bununla da o, zarafatla ötən həftə Rusiyada başına gələnlərin hacı Nuranla şəkil çəkdirdiyinə görə olduğunu iddia edib.

Xatırladaq ki, Nuran Hüseynov ölümündən əvvəl tanınmış şəxslərlə çəkdirdiyi şəkillərə görə tez-tez gündəm olur.

Noqay

AJMEDİA.İNFO