28 Aprel 2024
"İyulun 19-u Kəlbəcər və Culfa rayonları..." - Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

"İyulun 19-u Kəlbəcər və Culfa rayonları..." - Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

19 İyul 2023
Baxış: 353

İyulun 19-u saat 00:40-dan 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca və Qafan rayonunun Acıbac yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Boyəhməd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.