29 Aprel 2024
İtkin düşən turistlər tapıldı - RƏSMİ + FOTO

İtkin düşən turistlər tapıldı - RƏSMİ + FOTO

12 İyul 2022
Baxış: 450

Qax meşələrində əcnəbi qadınlar itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AJMEDİA.İNFO-ya verilən məlumata görə, “102” Xidmətinə Peru vətəndaşı Pella Patricia və İtaliya vətəndaşı Laura Sesennanın dünən səhər saatlarında Qaxda qaldıqları oteldən gəzmək adı ilə çıxdıqları və daha sonra onların meşədə itkin düşmələri barədə məlumat daxil olub.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal axtarışlara başlanılıb. Hər iki əcnəbi turist Qaxbaş kəndi ərazisindəki meşə massivində sağ-salamat şəkildə tapılaraq qaldıqları otelə yerləşdiriliblər. Onlar operativ reaksiyaya görə, Azərbaycan polisinə minnətdarlıqlarını bildiriblər.