29 Aprel 2024
İstanbulda azərbaycanlını güllələdilər: Durumu ağırdır - VİDEO

İstanbulda azərbaycanlını güllələdilər: Durumu ağırdır - VİDEO

24 İyun 2021
Baxış: 536

Türkiyənin İstanbul şəhərində azərbaycanlı sürücüyə silahlı hücum olub.

AJMEDİ.İNFO Türkiyə KİV-ə istinadən xəbər verir ki, Küçükçekmecenin Halkalı Merkez məhəlləsində qırmızı işıqda gözləyən Azərbaycan vətəndaşına motosikletlə yaxınlaşan iki nəfər atəş açıb və onu ağır yaralayıblar.

Hadisə vaxtı sürücünün yanında qadın olsa da, o xəsarət almayıb.

Təqsirkarlar hadisə yerindən uzaqlaşıblar. Polis onların axtarışlarını davam etdirir.

Silah səslərini eşidən vətəndaşlar hadisə yerinə polis və təcili tibbi yardım çağırıblar. Sürücü xəstəxanaya yerləşdirilib.