29 Aprel 2024
İsrailli deputat: "Azərbaycan təkcə strateji tərəfdar deyil..."

İsrailli deputat: "Azərbaycan təkcə strateji tərəfdar deyil..."

12 Avqust 2021
Baxış: 704

İsraillə Azərbaycan arasında gözəl münasibətlər qurulub və dinamik inkişafını davam etdirir, bu münasibətlər daha da möhkəmlənir və məhsuldar olur.

AJMEDİA.İNFO xəbər verir ki, bunu israilli deputat Elina Bardaç-Yalova deyib.

Onun sözlərinə görə, İsrail dövləti Azərbaycanla əlaqələrə çox böyük əhəmiyyət verir:

“Maliyyə nazirimiz, “Evimiz İsrail” partiyasının lideri, ölkələrimiz arasında ikitərəfli münasibətlərin memarlarından biri hesab olnan Aviqdor Liberman dəfələrlə Azərbaycanı təkcə İsrailin strateji tərəfdaşı deyil, həm də dinlərarası və millətlərarası tolerantlığın nümunəsi adlandırıb”.

İsrailli deputat hesab edir ki, İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliklərinin açılması vacib hadisədir və bu iki ölkə arasında münasibətlərə yeni təkan vermək qabiliyyətindədir.