29 Aprel 2024
İsrailli cüdoçu ilə görüşdən İMTİNA ETDİ - SƏRT CƏZALANDIRILDI

İsrailli cüdoçu ilə görüşdən İMTİNA ETDİ - SƏRT CƏZALANDIRILDI

14 Sentyabr 2021
Baxış: 720

Tokio-2020 Yay Olimpiya Oyunlarında İsrail cüdoçusu Tohar Butbul ilə qarşılaşmamaq üçün yarışdan imtina edən əlcəzairli Fethi Nuren sərt cəza alıb.


AJMEDİA.İNFO Offsideplus.az-a istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı Beynəlxalq Cüdo Federasiyasının (IFC) qərarı ilə 10 il müddətinə diskvalifikasiya olunub.


Onunla yanaşı, məşqçisi də analoji cəzaya məruz qalıb.


Qeyd edək ki, Nuren ilk görüşündə sudanlı Məhəmməd Əbdülrəsulla, qələbə qazanacağı təqdirdə isə 1/16 finalda Butbul ilə üz-üzə gəlməli idi.

Fələstinə dəstək məqsədilə döşək üzərinə çıxmayan cüdoçu olimpiadada mübarizəni başlamadan dayandırıb.