28 Aprel 2024
İsrailli alimlər koronavirusdan ölüm riskini azaltmağın yolunu TAPDILAR

İsrailli alimlər koronavirusdan ölüm riskini azaltmağın yolunu TAPDILAR

10 Fevral 2022
Baxış: 471

İsrailin Bar-İlan Universiteti və Qaliley Tibb Mərkəzindən olan alimlər orqanizmdə D vitaminin çatışmazlığının koronavirusun ağır keçirilməsinə və ondan ölüm hallarının nisbətinin artmasına səbəb olduğunu müəyyən ediblər.

AJMEDİA.İNFO xəbər verir ki, alimlərin sözlərinə görə, D vitamini peyvəndi əvəzləməsə də, infeksiyanın ağır fəsadlarından qorunmağa kömək edir.

İsrailli mütəxəssislər qeyd ediblər ki, araşdırmalar zamanı “omikron”a qədərki nümunələrə baxılsa da, sözügedən təsir həmin ştamma da aid oluna bilər.