29 Aprel 2024
İsrailin baş naziri 10 ildən sonra ilk dəfə Misirə səfər etdi

İsrailin baş naziri 10 ildən sonra ilk dəfə Misirə səfər etdi

14 Sentyabr 2021
Baxış: 501

10 ildən sonra Misirə səfər edən İsrailin baş naziri Naftali Bennet Şarm-əş-Şeyxdə prezident Əbdül Fəttah əs-Sisi ilə görüşüb.

AJMEDİA.İNFO The Jerusalem Post-a istinadən xəbər verir ki, görüşdə hər iki ölkənin lideri HƏMAS-ın tərksilah edilməsi, girovların qaytarılması və "İranın təcavüzünün qarşısını almaq" kimi məsələlər müzakirə olunub.

“Bu çox vacib görüş idi. İlk növbədə gələcəkdə dərin əlaqələr üçün zəmin yaratdıq”- baş nazir Bennet səfərin yekunu haqqında bildirib.

Bennet Binyamin Netanyahudan sonra ilk baş nazirdir ki, Misirə açıq şəkildə səfər edib. Netanyahu 2011-ci ildə Misirə səfər edərək keçmiş prezident Hüsnü Mübarəklə görüşmüşdü.