29 Aprel 2024
İsrailə aid PUA Suriyada QƏZAYA DÜŞDÜ

İsrailə aid PUA Suriyada QƏZAYA DÜŞDÜ

16 Avqust 2021
Baxış: 521

İsrail Müdafiə Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) texniki nasazlıq səbəbindən şənbə günü Suriya ərazisində qəzaya uğrayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə bazar günü ordunun mətbuat xidməti məlumat yayıb.

“Avqustun 14-də İsrail Müdafiə Qüvvələrinin PUA-sı texniki nasazlıq səbəbindən Suriya ərazisinə düşüb. Məlumat sızması riski yoxdur”, – bəyanatda deyilir.

“Hadisənin səbəbləri araşdırılır”, – mətbuat xidməti əlavə edib.