29 Aprel 2024
İsraildə yeni koronavirus statistikası

İsraildə yeni koronavirus statistikası

30 Aprel 2020
Baxış: 611

İsraildə yeni koronavirus hallarının sayında azalma tendensiyası müşahidə olunur.

Bu gün, 30 aprel, İsrailin Səhiyyə Nazirliyi koronavirusla bağlı yeni məlumatlar yayıb. Bu barədə "The Times of Israel" xəbər verir.

Agentliyin məlumatına görə, İsraildə 15 870 koronavirus COVID-19 xəstəsi qeydə alınıb. Son bir gündə 88 yeni koronavirus hadisəsi müəyyən edilib. Ümumilikde 219 nəfər bu xəstəliyin qurbanı olub..

117 xəstənin vəziyyəti ağır, onlardan 85-i süni nəfəs aparatına qoşulub. 79 xəstə orta ağırlıq vəziyyətindədir.

Bundan əlavə ümumilikdə 8,412 nəfər koronavirus müalicəsindən sağalıb.