28 Aprel 2024
İsraildə yeni irimiqyaslı qaz yatağı aşkar edilib

İsraildə yeni irimiqyaslı qaz yatağı aşkar edilib

31 May 2023
Baxış: 490

Energetika Nazirliyi İsrail sahillərində 68 milyard kubmetr həcmində təxmin edilən yeni təbii qaz yatağı kəşf etdiklərini bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, xüsusilə İsrailin illik istehlakının 13 milyard kubmetrdən az olduğunu nəzərə alsaq, bu kəşf çox əhəmiyyətli hesab edilir.

Bu, son on ildə İsrail sahillərində dördüncü ən böyük qaz kəşfidir. Ən böyük yataq ehtiyatları 600 milyard kubmetr qiymətləndirilir.

İkinci ən böyük ehtiyatı 300 milyard kubmetr olan Tamar yatağıdır, eyni zamanda Energian-a məxsus olan Karış-Tanin qaz yatağının ehtiyatları isə 100 milyard kubmetrdir.