29 Aprel 2024
İsraildə yaşayan azərbaycanlı yazıçı: "Bu savaşın haqlı tərəfi İsraildir"

İsraildə yaşayan azərbaycanlı yazıçı: "Bu savaşın haqlı tərəfi İsraildir"

11 Oktyabr 2023
Baxış: 710

"Bu savaşda günahkar İsrail deyil..."

AJMEDİA.İNFO xəbər verir ki, uzun müddətdir İsraildə yaşayan 94 yaşlı görkəmli yazıçımız Çingiz Hüseynov Həmas-İsrail savaşı, savaşın onun şəxsinə, ailəsinə maddi-mənəvi zərəri ilə bağlı "Kulis"in sualını cavablandırıb.

O qeyd edib ki, bu savaşın haqlı tərəfi İsraildir:


"Bu savaşın günahkarı İsrail deyil, ancaq bu savaşın haqlı tərəfi İsraildir. Mənimlə, ailəmlə maraqlandığınız üçün, narahat olduğunuz üçün minnətdaram!"

Çingiz Hüseynov "Fətəli fəthi", "Ailə gizlinləri", "Tamaşalı oyunları", "Doktor N", "Məhəmməd" kimi məşhur romanların müəllifidir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

"Həmas"ın hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 1200 nəfərə çatıb. Qəzzada isə 190 min insan köçkün düşüb.