27 Aprel 2024
İsraildə koronavirusun 5-ci dalğası BAŞLADI

İsraildə koronavirusun 5-ci dalğası BAŞLADI

20 Dekabr 2021
Baxış: 452

İsraildə koronavirusun beşinci dalğası başlayıb.

AJMEDİA.İNFO-nun məlumatına görə, bunu İsrailin baş naziri Naftali Bennet deyib.

Onun sözlərinə görə, koronavirusun “omikron” ştammı artıq İsraildədir, Knessetdən uşaq bağçalarına qədər yayılıb. Baş nazir qeyd edib ki, yoluxma sayı hazırda yüksək deyil, lakin sözügedən ştamm daha yoluxucudur.

“Beşinci dalğa başlayıb”, – deyə baş nazir əlavə edib.

Bundan əlavə N.Bennet koronavirusa qarşı peyvəndin üçüncü dozasını vuran şəxslərin yoluxduğu halda belə xəstəliyi yüngül keçirdiyini bildirib. O həmçinin əlavə edib ki, koronavirusun yeni dalğasının qarşısını almaq olmayacaq, lakin sakinlər peyvən olunaraq özlərini qoruya bilərlər.