28 Aprel 2024
İsraildə HƏMAS-ın hücumu nəticəsində yaralıların son sayı AÇIQLANDI

İsraildə HƏMAS-ın hücumu nəticəsində yaralıların son sayı AÇIQLANDI

10 Oktyabr 2023
Baxış: 383

HƏMAS hərəkatının hücumları nəticəsində 900-dən çox israilli həlak olub, daha 2 806 nəfər yaralanıb.

AJMEDİA.İNFO xəbər verir ki, İsrail mətbuatı bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Səhiyyə Nazirliyi rəsmilərinin yaydığı açıqlamaya görə, oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın qəfil hücumundan sonra 2 806 israilli yaralanaraq müxtəlif xəstəxanalara yerləşdirilib.

Qeyd olunub ki, hazırda yaralılardan 106-nın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Mənbə: Haaretz