26 Aprel 2024
İsraildə COVID-19-la bağlı yalnız bir məhdudiyyət var

İsraildə COVID-19-la bağlı yalnız bir məhdudiyyət var

01 İyun 2021
Baxış: 563

İsrail demək olar ki, bütün koronavirus məhdudiyyətlərini ləğv edib. Yalnız qapalı məkanlarda qoruyucu maskaların taxılması tələbi qalıb.

AJMEDİA.info bu barədə “Kan” radiosuna istinadən xəbər verir.

Qeyd edilir ki, iyunun 1-dən etibarən yəhudi dövlətinin vətəndaşları ictimai tədbirlərə və müəssisələrə gedərkən vaksinasiya haqqında sənədi göstərməməlidir. Səhiyyə Nazirliyi COVID-19-a yoluxma hallarının uzun müddətdir aşağı səviyyədə olduğunu bildirib.

Qeyd edək ki, ötən ilin dekabrında İsraildə kütləvi vaksinasiya başlayıb. Son 5 ay ərzində ölkə sakinlərinin 55%-i (5,1 milyon insan) peyvənd olunub.