28 Aprel 2024
İsraildə azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olmasına diqqət çəkmək üçün aksiya keçirildi - FOTOLAR

20 İyun 2021
Baxış: 1154

İsrailin Hayfa şəhərində Lev Spivak, Yeganə Salman və Ben-ziyon Shmolev in rəhbərliyi ilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ("Azİz) aksiya keçirib.

AJMEDİA.info xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən azərbaycanlı jurnalistlər- Məhərrəm İbrahimov və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqət çəkmək olub.

Aksiyaya Azərbaycan və İsrail bayraqları ilə qatılan təşkilat üzvləri beynəlxalq ictimaiyyətdən və təşkilatlardan Ermənistanın müharibə cinayətlərinə göz yummamalarını tələb ediblər.

Həlak olan media təmsilçilərinin fotoları əks olunan və “Azərbaycanlı jurnalistlərə qarşı Ermənistanın müharibə cinayətləri”, “Erməni terroruna son”, “Ermənistan azərbaycanlı jurnalistlərin qatilidir” şüarları yazılmış plakatlar nümayiş etdirərək Ermənistanın müharibə cinayətlərinə son qoyması üçün çağırışlar ediblər.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.