27 Aprel 2024
İsrail velosipedçiləri BƏƏ-də karantinə alındı

İsrail velosipedçiləri BƏƏ-də karantinə alındı

28 Fevral 2020
Baxış: 409

BƏƏ-də velosiped yarışında iştirak edən İsrail "Startup Nation" komandası, idmançıların yerləşdiyi otel binalarında karantinə alınıb.
Bu barədə 12 kanal İTV məlumat verir.

İsrail velosipedçilərinin qatıldığı BƏƏ velosiped yarışının son iki mərhələsi, iki iştirakçıda koronavirus aşkar edildiyi üçün ləğv edilıb. Yarış beş mərhələdən sonra dayandırılıb. Komanda üzvlərindən biri, 23 yaşlı Omer Goldstein dediyinə görə: “Saat on iki yarısında qapımı döydülər. Düşündüm ki, məni qaçırarlar".

Velosiped yarışının ilk günündən sonra Omer Goldstein deyib: “Bizim üçün böyük bir gün oldu, biz üçüncü olduq. Bütün komanda çox çalışdı və nəhayət buna nail olduq. Göstərdik ki, "xəritədəyik", bu mənim üçün tarixi məqamdır. " BƏƏ-dəki velosiped yarışının təşkilat komitəsinin nümayəndəsi İsrail komandasının iştirakını müsbət qarşılayıb.