29 Aprel 2024
İsrail Suriyaya zərbə endirdi, SEPAH üzvü ÖLDÜ

İsrail Suriyaya zərbə endirdi, SEPAH üzvü ÖLDÜ

20 Yanvar 2024
Baxış: 386

İsrailin bu gün Suriyanın paytaxtı Dəməşqə zərbə endirməsi nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü ölüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

Daha bir neçə nəfərin yaralandığı bildirilir.

Bundan əvvəl isə, Suriyanın “SANA” dövlət agentliyi İsrailin Dəməşqdə Al-Mezza bölgəsində bir binaya zərbə endirdiyini yazıb. Sözügedən binanın Suriya hökumətini dəstəkləyən iranlı müşavirlər tərəfindən istifadə edildiyi iddia olunur. Binanın zərbə nəticəsində tamamilə dağıldığı vurğulanıb.