29 Aprel 2024
İsrail Sudan ilə barışıq sazişi bağlaya bilər

İsrail Sudan ilə barışıq sazişi bağlaya bilər

16 Avqust 2020
Baxış: 1452

Mossad rəhbəri Eli Cohen, yaxın vaxtlarda Sudan ilə diplomatik əlaqələrdə bir irəliləyiş gözlədiyini söyləyib.

"Bu il Afrika ölkəsi ilə əlavə bir müqavilə bağlanacaq. Fikrimcə, Sudan da İsrail Dövləti ilə barışıq müqaviləsi imzalayacaq" deyə Times of Israel Mossad rəhbərindən sitat gətirmişdir.

Cohen, yeni sülh razılaşmalarının digər İran körfəz ölkələri ilə, xüsusən də Oman və Bəhreynlə mümkün olduğunu söyləyib.

İsrail xeyli müddətdir Sudan ilə münasibətlərin normallaşdırılması məsələsini müzakirə edir.

Teqlər: Sudan