28 Aprel 2024
İsrail səfirindən Azərbaycan dilində SƏMİMİ TƏBRİK - VİDEO

İsrail səfirindən Azərbaycan dilində SƏMİMİ TƏBRİK - VİDEO

28 May 2021
Baxış: 774

İsrailin Azərbaycandakı səfiri Corc Dik 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

AJMEDİA.info xəbər verir ki, bu barədə İsrail səfiri “Twitter” hesabında təbrik videosu yerləşdirib.

“Ad günün mübarək Odlar Yurdu Azərbaycan! Bu gün sənin 103 yaşın tamam olur. Biz dost olduğumuz üçün mənim sənə hədiyyəm var. Bu, kaktusdur. Çünki İsrail kimi Azərbaycan da xaricdən sərt görünsə də, daxildən mülayim və mehribandır. Sənə arzu edirəm ki, azadlıq, müasirlik və birlik alovun daim yansın. Daha bir şey, arzu edirəm ki, dünyanın ən dadlı kabab, dolma, qutab, çay və mürəbbə ölkəsi olaraq qalasan”, - İsrail səfiri bildirib.