27 Aprel 2024
İsrail qüvvələri Rəfaha daxil olmağa HAZIRLAŞIR

İsrail qüvvələri Rəfaha daxil olmağa HAZIRLAŞIR

29 Mart 2024
Baxış: 296

İsrail Qəzza zolağında hərbi əməliyyatlar zamanı Fələstinin radikal HƏMAS hərəkatının strateji aktivlərini ələ keçirib və danışıqlar zamanı onlardan istifadə etmək niyyətindədir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu radikalların saxladığı israilli girovların ailələri ilə görüşündə deyib.

“Biz HƏMAS-ın strateji aktivlərini ələ keçirdik. Bu, oğul və qızlarımızın azad edilməsi üçün daha bir açardır. Biz Qəzza zolağının şimalına və Xan Yunisə nəzarət edirik, zolağı böldük və Rəfaha daxil olmağa hazırlaşırıq”, - Netanyahunun sözləri hökumət başçısının ofisi tərəfindən yayılıb.

Lakin o, HƏMAS-ın hansı aktivlərindən danışdığını açıqlamayıb.

Mənbə: TASS