27 Aprel 2024
“İsrail Qəzzanı idarə edəcək HƏMAS-la əlaqəsi olmayan fələstinlilərdən qrup yığır”

“İsrail Qəzzanı idarə edəcək HƏMAS-la əlaqəsi olmayan fələstinlilərdən qrup yığır”

22 Mart 2024
Baxış: 422

“İsrail və bir sıra ərəb ölkələri Qəzza zolağında humanitar yardımların paylanmasına cavabdeh olan və Fələstinin radikal HƏMAS hərəkatı ilə heç bir əlaqəsi olmayan fələstinlilərdən ibarət qrup yaratmaq üçün gizli danışıqlar aparır”.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) İsrail və ərəb ölkələrinin rəsmilərinə istinadən məlumat yayıb.
Ehtimal olunur ki, anklavda hərbi əməliyyatlar başa çatdıqdan sonra o qrup Fələstin Muxtariyyətinin müharibədən sonrakı yeni administrasiyasının formalaşması üçün əsas olacaq.
Nəşrin məlumatına görə, İsrail Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi Qəzza zolağında silahların paylanmasına cavabdeh qrup yaratmaq planının həyata keçirilməsində regional hökumətlərin dəstəyini almaq üçün Misir, İordaniya və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri ilə danışıqlar aparıb. O, humanitar yardımın qurudan və dənizdən anklava daxil olacağını və İsrail təhlükəsizlik xidmətləri tərəfindən diqqətlə yoxlanıldıqdan sonra HƏMAS-a bağlı olmayan fələstinlilər tərəfindən paylanılacağını nəzərdə tutur.
Bildirilir ki, qrupa HƏMAS-a rəqib olan Fələstin Azadlıq Hərəkatının keçmiş üzvləri də daxil ola bilər. WSJ mənbələrinə görə, hərbi əməliyyatlar başa çatdıqdan sonra anklavı idarə etmək səlahiyyətini məhz bu şəxslər öz üzərinə götürməlidir. Onların adı açıqlanmayan ərəb ölkələrinin hökumətləri tərəfindən maliyyələşdirilən təhlükəsizlik qüvvələri tərəfindən gücləndiriləcəyi iddia edilir.