28 Aprel 2024
İsrail ordusu Qəzzada HƏMAS-ın komanda mərkəzinə reyd TƏŞKİL ETDİ

İsrail ordusu Qəzzada HƏMAS-ın komanda mərkəzinə reyd TƏŞKİL ETDİ

01 Yanvar 2024
Baxış: 347

İsrail Müdafiə Ordusunun mətbuat xidməti Qəzza zolağında HƏMAS və “İslami Cihad” qruplaşmasının Əş-Şucayyədəki komanda mərkəzinə hədəfli reyd keçirdiyini və ərazidəki terror obyektlərinin məhv edildiyini açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Qəzza zolağının şimalında quru əməliyyatı zamanı İsrail ordusunun hərbçiləri terrorçulara məxsus obyektləri məhv ediblər. Onlar baza kimi istifadə edilib. Əməliyyat zamanı İsrail ordusunun hərbçiləri məscid yaxınlığında terrorçuların istifadə etdiyi xeyli sayda silah-sursat aşkarlayıb”, - məlumatda qeyd edilib.(Report)