29 Aprel 2024
"İsrail ordusu Qəzzada əməliyyatın yeni mərhələsinə hazırlaşır" - Yoav Qallant

"İsrail ordusu Qəzzada əməliyyatın yeni mərhələsinə hazırlaşır" - Yoav Qallant

09 Yanvar 2024
Baxış: 315

“İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimalında hərbi əməliyyatların növbəti mərhələsinə hazırlaşır”.

AJMEDİA.İNFO The Wall Street Journal-a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant jurnalistlərə verdiyi müsahibəsində deyib.

“Biz Qəzza şəhəri də daxil olmaqla şimalda növbəti mərhələyə yaxınlaşmışıq”, - deyə Qallant bildirib.
Nazirin sözlərinə görə, SAXAL müharibənin intensiv manevr mərhələsindən müxtəlif növ xüsusi əməliyyatlara keçəcək.