08 May 2024
İsrail ordusu Qəzza zolağında HƏMAS-a məxsus obyektlərə zərbələr endirib

İsrail ordusu Qəzza zolağında HƏMAS-a məxsus obyektlərə zərbələr endirib

03 May 2023
Baxış: 444

İsrail ordusu raket hücumlarına cavab olaraq Qəzza zolağında HƏMAS-ın obyektlərinə zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin "Telegram" kanalında məlumat verilib.

"İsrail Müdafiə Ordusu HƏMAS terror təşkilatına məxsus silah istehsalı obyektlərinə, hərbi postlara, hərbi obyektlərə və yeraltı tunelə zərbələr endirib", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, zərbələr Qəzza zolağından İsrailə atılan raketlərə cavab olaraq həyata keçirilib.

Xatırladaq ki, daha əvvəl Qəzza zolağından İsrail ərazisinə 4 raket atılıb.

Teqlər: