27 Aprel 2024
İsrail ordusu Livan ərazisindən raket təhdidin olduğunu bildirdi

İsrail ordusu Livan ərazisindən raket təhdidin olduğunu bildirdi

20 İyul 2021
Baxış: 729

İsrail ordusunun mətbuat xidməti iki raketin ölkənin şimal hissəsi, Livandan atıldığını bildirib.

Raketlərdən birinin "dəmir günbəz" sistemi tərəfindən vurulduğu, ikincisi İsraildə açıq sahəyə düşdüyü müəyyən edilmişdir. Buna cavab olaraq, İsrail əsgərləri artilleriya yaylım atəşi açıb.

"Artileriya cavab atəşi Livan ölkəsinə, raketlərin məhz bu ölkənin ərazisindən atıldığı nöqtələrə endirilib" deyə İHQ sözcüsü qeyd edib.

Hazırda itkilər və dağıntılar haqqında heç bir məlumat verilməyib.