27 Aprel 2024
İsrail ordusu HƏMAS-ın “üçüncü şəxs”ini MƏHV ETDİ

İsrail ordusu HƏMAS-ın “üçüncü şəxs”ini MƏHV ETDİ

27 Mart 2024
Baxış: 270

İsrail ordusunun kəşfiyyatı Qəzza zolağında radikal Fələstin hərəkatının iyerarxiyasında “üçüncü şəxs” olan HƏMAS-ın hərbi qanadının komandir müavini Mərvan İsanın məhv edilməsi faktını təsdiqləyib.

AJMEDİA.İNFO xəbər verir ki, bunu brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari deyib.

“Bu gecə bütün kəşfiyyat məlumatlarını yoxladıqdan və 100% əmin olduqdan sonra, Baş Təhlükəsizlik Xidməti və Hərbi Kəşfiyyat Müdirliyinin kəşfiyyat məlumatlarına əsaslanaraq, Mərvan İsanın iki həftə əvvəl Razi Əbu Tamaa ilə birlikdə hücumumuz zamanı öldürüldüyünü bildiririk”, - o qeyd edib.

Mənbə: TASS