27 Aprel 2024
İsrail ordusu HƏMAS-ın iki komandirini məhv etdi - VİDEO

İsrail ordusu HƏMAS-ın iki komandirini məhv etdi - VİDEO

18 Oktyabr 2023
Baxış: 357

İsrail ordusu son sutka ərzində Qəzza zolağında iki HƏMAS komandirini məhv edib, eləcə də Qəzza zolağında onlarla hərbi hədəfə zərbələr endirib.

AJMEDİA.İNFO bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrindən məlumat verilib.

Bildirilib ki, Qəzza şəhərindəki HƏMAS briqadasının tank əleyhinə raket kompleksinin komandiri Məhəmməd Avdallah və HƏMAS dəniz qüvvələrinin komandiri Əkrəm Hicazi kəşfiyyat məlumatları nəticəsində məhv edilib.

İsrail Müdafiə Qüvvələrindən verilən məlumata görə, həmçinin HƏMAS-ın komanda mərkəzləri, döyüş meydançaları, tank əleyhinə idarə olunan raket buraxılış məntəqələrinin olduğu bəzi hərbi infrastruktur obyektlərinə də zərbələr endirilib.

Mənbə: “Times of İsrael”