09 May 2024
İsrail İran hədəflərini vurdu: silah anbarı məhv edildi

İsrail İran hədəflərini vurdu: silah anbarı məhv edildi

02 May 2023
Baxış: 459

İsrailin Hələbdəki beynəlxalq aeroporta və Neyrabdakı hərbi aerodroma endirdiyi zərbələr nəticəsində silah-sursat anbarı məhv edilib.

Bu barədə Londonda yerləşən İnsan Haqları Təşkilatı məlumat yayıb.

Hava zərbələri Hələb aeroportunun bağlanmasına da səbəb olub.

Bundan başqa, Hələbin Əs-Səfir rayonundakı hərbi zavod da vurulub.

Qeyd edək ki, ötən gün İsrail Hərbi Hava Qüvvələri İranın Suriyadakı hədəflərinə zərbələr endirmişdi.

Teqlər: