29 Aprel 2024
İsrail "HƏMAS"ın iki əsas fiqurunu MƏHV ETDİ

İsrail "HƏMAS"ın iki əsas fiqurunu MƏHV ETDİ

12 May 2021
Baxış: 804

İsrail ordusu HƏMAS kəşfiyyatının iki əsas fiqurunun məhv edildiyini açıqlayıb.

AJMEDİA.info xəbər verir ki, bu barədə məlumat İsrail Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilib.

“Bizim qırıcılarımızın köməkliyi ilə HƏMAS kəşfiyyatının əsas fiqurları; HƏMAS hərbi kəşfiyyatının Təhlükəsizlik şöbəsinin rəhbəri Hassan Kaodci və onun müavini, əks-kəşfiyyat şöbəsinin rəhbəri Vali İssanı neytrallaşdırıb”, – deyə İsrail ordusunun mətbuat xidməti bildirib.