29 Aprel 2024
İsrail HƏMAS terror təşkilatının qurucusunu MƏHV ETDİ

İsrail HƏMAS terror təşkilatının qurucusunu MƏHV ETDİ

11 Oktyabr 2023
Baxış: 593

İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində HƏMAS-ın qurucusu Şeyx Əbdülfəttah Duxan(“Əbu Üsamə”) öldürülüb.

AJMEDİA.İNFO bu barədə İsrail KİV-lərinə istinadən məlumat verir.

Qeyd edək ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HƏMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar.

Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.