29 Aprel 2024
İsrail - HƏMAS savaşının Azərbaycanla bağlı gizli məqamları - "İranın hədəfində bu dəfə..."

İsrail - HƏMAS savaşının Azərbaycanla bağlı gizli məqamları - "İranın hədəfində bu dəfə..."

09 Oktyabr 2023
Baxış: 556

Xəbər verdiyimiz kimi, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb. Eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Tərəflər arasındakı mübarizə getdikcə şiddətlənməyə davam edir.

Bəs, İsrail-Fələstin müharibəsinin gedişatı necə olacaq? Yaxın Şərqdə mövqelər necə dəyişəcək?

AJMEDİA.İNFO xəbər verir ki, mövzu ilə bağlı azxəbər-ə danışan politoloq Elxan Şahinoğlu bu hadisələrin Cənubi Qafqaza da təsir edəcəyini qeyd edib:

"Yaxın Şərqdə baş verən son qanlı hadisələrin bölgəyə sıçraması ehtimalı böyükdür. Çünki burada müxtəlif böyük dövlətlərin maraqları kəsişir. Necə ki, Suriyada 10 il qabaq savaş başladı. Burada da böyük dövlətlərin maraqları kəsişirdi. Hazırda daha təhlükəli vəziyyət yaranıb. İsrail bu terror hücumunun qarşılığında Qəzza bölgəsini bombalayır. İndi beynəlxalq aləmdə də ikitirəlik yaranıb. Qərb ölkələri İsraili dəstəkləyərkən, digər ölkələr o cümlədən Türkiyə, Rusiya, Çin hər iki tərəfi savaşı dayandırmağa çağırır. Hətda Fələstinə dəstək ifadə edən fikirlər də var. Onu da xüsusi qeyd etmək lazımdır ki, İran və Suriya birmənalı şəkildə HƏMAS-ın son hücumlarını dəstəkləyir".

Təhlükəli vəziyyətin Avrasiya qitəsinə sıçrama ehtimalının olduğunu deyən politoloq, bunun Cənubi Qafqaza da müəyyən təsirinin olacağını bildirib: "Hazırda elə bir təhlükəli vəziyyət yaranıb ki, bunun da Avrasiya qitəsinə sıçrama ehtimalı var. Artıq Livandanda atəş səsləri eşidilir. Hadisələrin Cənubi Qafqaza müəyyən təsirləri ola bilər. Çünki İsrail Azərbaycanın tərəfdaşıdır".

İranın İsrail və tərəfdaşlarını hədəfə aldığını deyən Elxan Şahinoğlu bu ölkənin Azərbaycana qarşı da təxribatçı fikirlər səsləndirdiyini bildirib:

"İşin içində İran varsa, tək İsraili deyil onun tərəfdaşları da hədəfdədir. Artıq Azərbaycana qarşı da İrandan təxribatçı fikirlər və açıqlamalar səsləndirilir. Ermənistanda da İsrailə hücuma sevinənlər var. Ancaq İsrail ərazicə kiçik olsa da, hərbi baxımdan güclü dövlətdir. Terrorun miqyasını azaltmağa çalışacaq. Nəticədə HƏMAS-ı dəstəkləyənlər heç nə qazanmayacaq, əksinə bölgəni qarışdırmış olacaqlar".

Politoloq İranın bu qarşıdurmadakı məqsədlərini də sıralayıb:

"İranın məqsədi diqqəti özündən yayındırmaq idi. Son zamanlar İsrail ərəb ölkələri ilə sıx əlaqələr qurur, diplomatik münasibətləri bərpa edirdi. İsrail Səudiyyə Ərəbistanı ilə danışıqların son mərhələsinə qədəm qoymuşdu, İran buna da mane olmağa çalışdı. Azərbaycanın İsraildə səfirlik açması İranı narahat edirdi. Sonda bublkarın heç biri nəticə verməyəcək. Yekunda ABŞ İsrailə hərbi dəstəyini daha da artıracaq".

Politoloq müharibə geniş miqyas alarsa, Cənubi Qafqazda yarana biləcək müharibənin mənfi təsirlərindən danışıb:

"İrandakı bəzi qüvvələr Azərbaycanı hədəf götürə bilərlər. Son hadisələr fonunda beynəlxalq aləmdə Qarabağ mövzusuna maraq azaldı. Bu da bizim xeyrimizədir ki, biz beynəlxalq aləmin bizim məsələlərə qarışmasını istəmirik. Son hadisələr fonunda beynəlxalq aləmin diqqəti Yaxın Şərqdə baş verən hadisələrə köklənəcək".