27 Aprel 2024
İsrail HƏMAS-a dair kəşfiyyat məlumatlarını ƏLƏ KEÇİRDİ

İsrail HƏMAS-a dair kəşfiyyat məlumatlarını ƏLƏ KEÇİRDİ

21 Mart 2024
Baxış: 340

İsrail Qəzza zolağına hərbi hücumu zamanı radikal Fələstinin HƏMAS hərəkatı haqqında çoxlu kəşfiyyat məlumatı əldə edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “NBC News” İsrail və Amerika mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrail hökuməti HƏMAS haqqında ətraflı məlumatı hərbi əməliyyatlar zamanı ələ keçirilən sərt disklər, noutbuklar, telefonlardan əldə etdiyi kəşfiyyat məlumatları, həmçinin ABŞ-ın elektron dinləmələri sayəsində əldə edib.

Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunun keçmiş yüksək vəzifəli əməkdaşı və baş elmi işçisi Metyu Levitt bildirib ki, İsrail hakimiyyəti HƏMAS haqqında əvvəlkindən daha çox anlayışa malikdir:

“Kadrlar məsələsi və daha çox şey. Onlar HƏMAS-ın nəyə qadir olduğunu daha ətraflı başa düşürlər”.

Kəşfiyyat rəsmisinin sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin əldə etdiyi məlumatlarda HƏMAS-ın rəhbərliyi, komandanlığı və kommunikasiyaları haqqında son dərəcə müfəssəl məlumatlar var.(report)