29 Aprel 2024
İsrail-Fələstin münasibətlərində SON VƏZİYYƏT - Beni Qants Mahmud Abbası QƏBUL ETDİ

İsrail-Fələstin münasibətlərində SON VƏZİYYƏT - Beni Qants Mahmud Abbası QƏBUL ETDİ

29 Dekabr 2021
Baxış: 589

Fələstin lideri Mahmud Abbasla İsrailin müdafiə naziri Beni Qants arasında görüş baş tutub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, nazir Mahmud Abbası Roş Haayindəki evində qonaq edib.

2,5 saat davam edən görüşdə təhlükəsizliklə yanaşı, mülki sahələrdə müxtəlif məsələlər müzakirə edilib.

Fələstin Mülki İşlər İdarəsinin rəhbəri, nazir Hüseyn əl-Şeyx də sözügedən görüşün baş tutduğunu təsdiqləyib.