28 Aprel 2024
İsrail əməliyyatların bitəcəyi tarixi AÇIQLADI - RƏSMİ

İsrail əməliyyatların bitəcəyi tarixi AÇIQLADI - RƏSMİ

20 May 2021
Baxış: 665

İsrail xarici işlər naziri Qabi Aşkenazi ABŞ dövlət katibi Entoni Blinkenlə söhbətində İsrailin Qəzza zolağındakı əməliyyatı tamamlamaq üçün bir neçə günə ehtiyac olduğunu bildirib.

AJMEDİA.info xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat verib. Blinken, öz növbəsində Vaşinqtonun yaxın gələcəkdə hərbi əməliyyatların sona çatmasını gözlədiyini bildirib. O, ABŞ-ın BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı Fransa təşəbbüslərinə mane olduğunu da vurğulayıb.

Qeyd edək ki, eskalasiyanın başlanğıcından bəri Qəzza zolağından İsrail ərazisinə təxminən 4070 raket atılıb, bunlardan 610-u anklavın ərazisinə düşüb.

Hücumlar nəticəsində 10-dan çox İsrail vətəndaşı həlak olub və 50-dən çoxu ağır yaralanıb. İsrailin cavab hücumları nəticəsində Fələstində 200-dən çox insanın öldüyü bildirilir.