27 Aprel 2024
İsrail cüdoçusu Sagi Muki xəstəxanaya böyük bir ianə verəcək

İsrail cüdoçusu Sagi Muki xəstəxanaya böyük bir ianə verəcək

04 May 2020
Baxış: 547

Vesti-nin verdiyi məlumata görə, İsrail cüdoçusu Sagi Muki koronavirusla mübarizə aparmaq üçün 250.000 şekel toplayaraq, doğulduğu xəstəxanaya köçürəcəyini bildirib.

Dünya və Avropa çempionu Muki üç həftə ərzində mexaniki havalandırma qurğularının alınması üçün vəsait toplayıb, vəsait çempionun şəxsi əşyalarının satışından əldə edilib.

Bundan əlavə, idmançı kolleksiyasından köynəklər, avtoqraflar, plakatlar satıb və məbləğin bir hissəsini vətəndaşlardan ianə şəklində yığıb. Laniado xəstəxanasında işləyən həkimlər və tibb bacıları üçün beş ventilyator və avadanlıq almaq üçün kifayət qədər pul oldugunu bildirib.

Teqlər: Sagi Muki