28 Aprel 2024
İsrail Çin ilə ticarətin azalmasına görə ABŞ-dan təzminat istəyir

İsrail Çin ilə ticarətin azalmasına görə ABŞ-dan təzminat istəyir

19 May 2020
Baxış: 512

ABŞ Çinin İsraildə artan nüfuzundan narahatdır.

Amerika Yəhudi dövlətindən Çin ilə ticarətini azaltmasını tələb etməsindən sonra İsrail ABŞ-dan təzminat məsələsini nəzərdən keçirdib. Bu barədə Ordu Radio məlumat yayıb.

İsrail rəsmilərinin sözlərinə görə, ABŞ rəsmiləri kompensasiya vermək niyyətində olmadığını, lakin İsrailin onların tərəfində olacağını gözlədiklərini söyləyiblər.

Baş nazirlik ofisi, Xarici İşlər Nazirliyi və ABŞ-ın İsraildəki səfirliyi bu mövzuya şərh verməkdən imtina ediblər. ABŞ-ın İsraildəki səfirliyindəki bir mənbə xəbəri təkzib edib.

Bu ayın əvvəlində ABŞ səfiri Devid Fridman demişdi: "İstədiyimiz son şey, ABŞ-ın İsraildə necə iş görməsi və ya işləməsi ilə bağlı bir növ məhdudiyyətdir".

"İsrail və ABŞ kimi bir-birinə yaxın olan iki ölkə, belə yüksək səviyyədə qarşılıqlı qorunması üçün əməkdaşlıq etdikləri və kəşfiyyat və digər sirləri mübadiləsi etdikdə çox diqqətli olmalısınız" deyə o bildirib.

Fridman, Çinin investisiya və infrastruktur layihələrini dünya ölkələrinə "sızmaq" üçün istifadə etdiyini xəbərdar edib.