28 Aprel 2024
İsrail bu ərəb ölkələri ilə memorandum İMZALADI

İsrail bu ərəb ölkələri ilə memorandum İMZALADI

09 Noyabr 2022
Baxış: 345

İsrail, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “Su əvəzinə enerjiyə” dair Anlaşma Memorandumu imzalayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bu, çoxtərəfli razılaşmadır. Bu sənəd çərçivəsində ABŞ və BƏƏ İordaniyaya 600 meqavat gücü olacaq günəş elektrik stansiyalarının tikintisinə yardım göstərəcəklər. Burada istehsal edilən elektrik enerjisi isə İsrailə ixrac olunacaq. Bunun müqabilində İsrail getdikcə daha çox şirin su qıtlığı ilə üzləşən İordaniyanı daha 200 milyon kubmetr duzsuzlaşdırılmış su ilə təmin edəcək.