28 Aprel 2024
İsrail baş naziri nöqtəni qoydu: “Fələstini tanımayacağam!”

İsrail baş naziri nöqtəni qoydu: “Fələstini tanımayacağam!”

16 Sentyabr 2021
Baxış: 670

İsrailin Baş naziri Naftali Bennett müstəqil Fələstin dövlətinin əleyhinə olduğunu və Prezident Mahmud Abbasla görüşməyəcəyini bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, Bennett İsrailin KAN telekanalına müsahibəsində gündəmlə bağlı açıqlamalar verib.

Müstəqil Fələstin dövlətinin qurulmasının çox pis səhv olacağını deyən baş nazir qeyd edib:

“Fələstin dövlətinin əleyhinəyəm. Bunu etməyəcəyəm”.

Naftali Bennett Fələstin rəhbərliyinin İsraili törətdiyini iddia etdiyi müharibə cinayətlərinə görə İsraili Beynəlxalq Cinayətlər Məhkəməsinə verməsi, fələstinli məhbuslar və savaşda həlak olanların yaxınlarına ödəmələrə görə Mahmud Abbasla görüşməyəcəyini deyib.