29 Aprel 2024
İsrail-Azərbaycan dostluğuna aid mahnı oxuyan Xalq artistimiz Corc Diklə görüşdü - FOTO/VİDEO

01 İyun 2021
Baxış: 1772

Xalq artisti Gülyanaq Məmmədova İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.

AJMEDİA.info xəbər verir ki, bu barədə Gülyanaq Məmmədova bildirib.

"Mən İsrail və Azərbaycan dostluğuna həsr olunmuş "Dostluq" mahnısını ifa etmişəm. Mahnının sözləri Nəsibə İsrafilqızına, musiqisi Esmira Əliyevaya aiddir. Mahnını Albert Aqarunovun doğum günündə ərsəyə gətirdik və təqdim etdik. Həm də gözəl şairəmiz Nəsibə İsrafilqızı ilə nəzərə aldıq ki, müharibə dönəmində İsrail xalqı bizə dəstəyini əsirgəmədi, yanımızda oldular. Eləcə də əsgərlərimizin gözlərinə nur verən İsrail həkimlərinə təşəkkür olaraq bu dostluq mahnısını ərsəyə gətirdik. Yəhudi xalqının igid oğlu Albert Aqarunov Azərbaycan torpaqlarında öz canını fəda edib. İsrail ilə Azərbaycan dostluğuna mahnı yazılmamışdı. Gözəl şairəmiz Nəsibə İsrafilqızı sağ olsun, mahnıya möhtəşəm sözlər yazdı. Biz bu mahnını məsləhətləşdikdən sonra oxuduq və çox da gözəl qəbul edildi. Bizi İsrail səfiri görüşə dəvət etdi. Çox şadıq ki, səfir istəyini təşəkkürnamə ilə bildirdi. O qeyd etdi ki, dostluq münasibətimiz, tədbirlər, görüşmələrimiz davamlı olacaq. Düşünürəm ki, bu görüş çox uğurlu oldu. Biz də öz sahəmizdə Azərbaycanımız, dövlətimiz üçün dostluqları nəğməmizdə tərənnüm edirik. Hərə öz sahəsində Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəməmilidir"./teleqraf/