27 Aprel 2024
İsrail Avropanın əsas qaz tədarükçülərindən OLA BİLƏR

İsrail Avropanın əsas qaz tədarükçülərindən OLA BİLƏR

28 Oktyabr 2022
Baxış: 420

İsrail Livanla dəniz sərhədinin demarkasiyasına dair sazişin bağlanması sayəsində artıq Aralıq dənizində qaz hasilatını artıra və Avropanın əsas qaz tədarükçülərindən birinə çevrilə bilər.

AJMEDİA.İNFO xəbər verir ki, bu fikri cümə axşamı yəhudi dövlətinin baş naziri Yair Lapid Livan-İsrail sazişinin bağlanmasında vasitəçilik edən ABŞ emissarı Amos Hokstin ilə görüşündə deyib.

Onun sözlərinə görə, ölkəsi üçün bu, “İsrailin təhlükəsizliyini və iqtisadiyyatını gücləndirən, regiona sabitlik gətirən tarixi razılaşmadır”.

“İsrail Kariş yatağından qaz hasil etməyə başlayıb və biz dünyanın böyük ehtiyac içində olduğu bir vaxtda Avropanın əsas təbii qaz tədarükçülərindən olacağıq”, - deyə hökumət başçısı bəyan edib.

Mənbə: TASS