08 May 2024
İspaniyada avtobuslarda gediş pulsuz olacaq

İspaniyada avtobuslarda gediş pulsuz olacaq

05 Dekabr 2022
Baxış: 412

İspaniyada uzun məsafəli avtobus marşrutları 2023-cü il yanvarın 1-dən etibarən pulsuz olacaq.

AJMEDİA.İNFO xəbərinə görə ölkə hökumətindən bildirilib ki, artıq müntəzəm sərnişinlər üçün pulsuz dəmir yolu səyahəti mexanizmi işləyib hazırlanıb və indi oxşar sxem ölkədə avtobus nəqliyyatına da şamil edilməlidir.

Məlumata görə, 2023-cü il yanvarın 1-dən etibarən xüsusi gediş kartlarına sahib olacaq sərnişinlər avtobuslarla uzaq məsafələrə pulsuz səyahət edə biləcəklər.

Proqram çərçivəsində İspaniyada ümumilikdə 79 avtobus marşrutu pulsuz işləyəcək.