28 Aprel 2024
İŞİD lideri MƏHV EDİLDİ

İŞİD lideri MƏHV EDİLDİ

16 Sentyabr 2021
Baxış: 678

Fransa Prezidenti Emmanuel Makron Səhraaltı Afrikada (Sahel) İŞİD-in lideri olan Adnan Əbu Valid əl-Sahrauinin məhv edildiyini açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, dövlət başçısı bu barədə Tvitter hesabında paylaşım edib.

O qeyd edib ki, terrorçu fransız qüvvələri tərəfindən Böyük Səhrada öldürülüb:

“Bu, Saheldəki terror qruplaşmalarına qarşı mübarizəmizdəki daha bir böyük uğurdur”.