09 May 2024
İrəvanda kütləvi qida zəhərlənməsi baş verdi

İrəvanda kütləvi qida zəhərlənməsi baş verdi

05 Noyabr 2021
Baxış: 854

Ermənistanın paytaxtı İrəvanda 60-a yaxın insan qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Tashir Pizza” iaşə məntəqələrində zəhərlənərək xəstəxanaya yerləşdirilənlərin sayı 57-yə çatıb.

Onlar İrəvanın müxtəlif tibb mərkəzlərinə yerləşdirilib, səhiyyə naziri Anahit Avanesyan müalicə prosesi ilə yerindəcə tanış olub.

Zəhərlənənlərin hamısının İrəvanın mərkəzində Şimal prospektində və Xancyan küçəsində yerləşən “Taşır Pizza” iaşə məntəqələrinə baş çəkdiyi qeyd edilir.